İsveç alimləri Dendrologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətindədir

İsveç alimləri Dendrologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətindədir

İsveçin Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Kristian Kamill AMEA-nın Dendrologiya İnstitutunun qonağı olub. SİA-nın xəbərinə görə, institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla görüşdə qonağa müəssisənin tarixi, fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

Sonra K.Kamill çıxış edərək Uppsala şəhərində yerləşən və 1917-ci ildən fəaliyyət göstərən İsveç Linney Cəmiyyəti barədə danışıb. O, təmsil etdiyi qurumun gələcəkdə Dendrologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Daha sonra qonaq Dendroloji parkın canlı bitki kolleksiyaları və rus şairi Sergey Yeseninin muzeyi ilə tanış olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə