Reydlər zamanı yığılan ov silahları polisə təhvil verilib

Reydlər zamanı yığılan ov silahları polisə təhvil verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkının Qəbələ bölməsinin əməkdaşları xeyli sayda ov silahını Qəbələ Rayon Polis Şöbəsinə təhvil veriblər. Bu barədə SİA-ya DİN-dən verilən məlumatda bildirilib.

Məlumata görə, adıçəkilən Nazirliyin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə vaxtaşırı keçirilən reydlər nəticəsində xeyli silah yığılıb.

Noyabrın 1-də Şahdağ Milli Parkının Qəbələ bölməsinin əməkdaşları son üç ildə yığılmış ümumilikdə 10 ədəd, o cümlədən - 4 “İJ”, 4 “TOZ” və 2 ədəd “BUM” markalı ov silahlarını müvafiq tədbirlər görülməsi üçün Polis Şöbəsinə təhvil veriblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə