Xaçmazda məktəb direktoru 6-cı sinif şagirdinə qarşı əxlaqsız hərəkət edib. SİA-nın məlumatına görə, hadisə Xaçmazın Arzu kəndindəki orta məktəbdə yaşanıb. Bununla bağlı kənddə xəbər yayılandan sonra isə hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər.
İddiaya görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı nalayiq hərəkət edib. Məlumata görə, oktyabrın 31 də direktor Gülfəz Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb.
Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Kənddə xəbər yayılandan sonra hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər. Valideynlər bu gün də məktəbə yığışıb və direktorun işdən getməsini tələb ediblər.
Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova Arzu kənd məktəbində baş verən hadisəyə münasibət bildirib. Təhsil şöbəsindən verilən məlumata görə, direktor vəzifəsindən müvəqqəti kənarlaşdırılıb. Bildirilib ki, hazırda direktorun vəzifəsini onun müavini icra edir.
Xaçmaz rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir. Məktəb direktorunun məsələ ilə bağlı izahat alınması üçün prokurorluğa çağırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB