Qələbəyə bərabər heç-heçə

“Qarabağ” futbol klubu növbəti tarixi uğuru ilə futbol azarkeşlərini, futbol ictimayyətini, bütün Azərbaycan xalqını sevindirdi. Bunu SİA-ya açıqlamasında millət vəkili rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, Madridin “Atiletiko” komandası ilə cavab görüşündə yüksək səviyyəli oyun nümayiş etdirərək, oyunun son 35 dəqiqəsini azlıqda qalmalarına baxmayaraq əzmkarlıq göstərərək oyunu qələbəyə bərabər heç-heçə ilə başa vurublar: "Avropanın və dünyanın nüfuzlu furbol klublarından sayılan “Atiletiko” ilə cavab görüşündə nümayiş etdirdiyi oyunun səviyyəsi, əldə olunan nəticə göstərir ki, “Qarabag” düzgün yoldadır. Komanda oyundan-oyuna öz oyununu təkminləşdirir, gücləndirir və Azərbayacan futbolunu dünyada layiqincə, yüksək səviyyədə təmsil edir. Bu uğurlar cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın bütün sahələrinə o cümlədən futbolun inkişafına göstərilən diqqət və qayğının nəticəsində əldə olmuşdur. Göstərdikləri yüksək səviyyəli, əzmkar oyuna və əldə olunan nəticəyə görə klubun rəhbərliyini, komandanın məşqçi heyyətini və futbolçuları ürəkdən təbrik edir, onlara növbəti oyunlarda uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə