Vəkillərin sayı artırılsınmı?

Vəkillərin sayı artırılsınmı?

"Hazırda məhkəmələrdə 100 minə yaxın mülki iş var. Vəkillərin sayını artırmadan bu prosesi həyata keçirmək çətin olacaq”. SİA-nın xəbərinə görə, bunu deputat Zahid Oruc bu gün keçirilən plenar iclasında nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, sadə insanları nümayəndəsiz qoymağımız yanlışdır: "Azərbaycan vəkillərin sayına görə Gürcüstan və Ermənistandan geridədir. Bu, Azərbaycanı beynəlxalq təşkilatlar qarşısında çətin vəziyyətdə qoyacağıq. Xaricdən malyyələşən müxalifət təşkilatları bu addımdan sonra daha da aktivləşəcək, etiraz bəhanələri artacaq".

Z.Oruc qeyd edib ki, nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdırılması nəticəsində Azərbaycandan Avropa Məhkəməsinə müraciətlərin sayının çoxalmasına şərait yarada bilər.

Daha sonra çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, nümayəndəlik institutunun ləğvi ölkədə işsizlik ordusu yarada bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə