Avtomobillərin parklanması ilə bağlı dəyişiklik qəbul edildi

Avtomobillərin parklanması ilə bağlı dəyişiklik qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə və "Yol hərəkəti haqqında" qanuna eyni məzmunlu dəyişiklik layihəsi müzakirə olunub. SİA-nın məlumatına görə, layihələr barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihəyə əsasən avtomobillərin parklanması ilə bağlı "müddətin bitməsinə 1 saat qalmış" sözləri "müddət bitdikdən sonra 1 saat ərzində" sözləri ilə əvəz edilir.

Layihələr səsə qoyularaq qəbul olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə