"Çayçılıq haqqında" qanuna dəyişiklik edilib

"Çayçılıq haqqında" qanuna dəyişiklik edilib

Milli Məclisin plenar iclası davam edir. SİA-nın xəbərinə görə, iclasda “Çayçılıq haqqında” qanuna dəyişiklik müzakirə edilib. Edilən dəyişikliyə əsasən 10.2-ci maddədə "sortluq və əkin keyfiyyətlərini təsdiq edən şəhadətnamə və fitosanitar vəziyyətinə dair sertifikat" sözləri "fitosanitar vəziyyətinə dair fitosanitar sertifikatı və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı" sözləri ilə əvəz edilir.

Layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə