"Özəlləşdirməyə çıxarılan əmlaklar satılmadıqda qiymət aşağı salınmalıdır"
Millət vəkili Qüdrət Həsənquliyev Milli məclisin plenar iclasında “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna yenidən baxılmasının vacib olduğunu bildirib. SİA-nın xəbərinə görə, deputat söyləyib ki, əgər əmlak birinci dəfə hərracda satılmadısa, növbəti hərracda qiymətin kifayət qədər aşağı salınmasına ehtiyac var: "Biz bir sıra dövlət əmlakının özəlləşdirməyə çıxardığını görürük. Amma hərrac keçiriləndən sonra görürük ki, onun cüzi hissəsi özəlləşdirilib. Çünki, qiymətlər çox yuxarı qoyulur. Qiymətləndirmə çox yuxarı olur və 5 dəfə hərrac keçiriləndən sonra cəmi 50% qiymət aşağı salınmasına icazə verilir. Düşünürəm ki, biz bu qanuna yenidən baxmalıyıq. Əgər əmlak birinci dəfə hərracda satılmadısa, növbəti hərracda qiymətin kifayət qədər aşağı salınmasına ehtiyac var. Dövlət əmlakının özəlləşdirilməsi mexanizmi sadələşdirilməlidir”.
Q. Həsənquliyev "Təhsil haqqında" qanuna təklif olunan dəyişikliklərlə razılaşmadığını dilə gətirib: "Dünyada elmi tədqiqatlar həm də universitetlərdə aparılır. Amma biz universitetləri özəlləşdirə bilərik və bu, lazımdır. Biz dəfələrlə universitetlərin özəlləşdirilməsi ilə bağlı məsələ qaldırmışıq. Dövlətə məxsus universitetlər, səhiyyə müəssisələrini özəlləşdirmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB