Sabah saat 11:00-da metronun "Nəriman Nərimanov" stansiyasının keçidlərində "Bakı Metropoliteni" QSC-nin təşkilatçılığı ilə növbəti sərgi baş tutacaq.
SİA-nın verdiyi məlumata görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, "Metro Gallery" layihəsi çərçivəsində baş tutacaq növbəti sərgi "Köhnə Bakı" adlanır. Adından da göründüyü kimi sərgidə paytaxtımızın köhnə görüntülərinin əks olunduğu fotoşəkillər nümayiş olunacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB