Daha bir gürcü telekanalı “Azerspace-1” üzərindən yayıma başlayıb
Gürcüstanın “Iberia TV” telekanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb. AZƏRTAC peyklərin tezliyi cədvəlini dərc edən “FlySat” portalına istinadla xəbər verir ki, hazırda “Azerspace-1” peyki üzərindən Gürcüstanın “Vector A.G”, “1 TV Georgia”, “Ajara TV HD”, “Imedi TV HD”, “GDS TV, Imedi News”, “TV Pirveli”, “Palitra News”, “Obieqtivi”, “TV 25 Georgia”, “Saperavi TV”, “Trialeti TV” telekanalları, “1 Georgia”, “Ajara”, “Saz.Mau”, “Imedi” və “Iveria” radiokanalları yayımlanır.
“FlySat” portalının məlumatına görə, kanallar 11095/H/30000 tezliyi ilə yayımlanır. “Azerspace-1” üzərindən yayımlanan televiziya və radiokanalların sayı 130-a çatıb. Peyk 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir.
Qeyd edək ki, “Azerspace-1” 2013-cü ilin fevralında orbitə buraxılıb. Peyk rəqəmsal TV xidmətlərinin təqdimi, VSAT multiservis şəbəkələrinin yaradılması və hökumət rabitələrinin təmini üçün nəzərdə tutulur. Xidmət zonasına Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionları daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə