“Gənclərin ictimai fəallığı: Azərbaycan təcrübəsi”

“Gənclərin ictimai fəallığı: Azərbaycan təcrübəsi”

Sabah Şəki şəhərində “Gənclərin ictimai fəallığı: Azərbaycan təcrübəsi” adlı dəyirmi masa keçirtməyi planlaşdırır. SİA-nın verdiyi məlumata görə, əsas məqsəd gənclərin dövlət gənclər siyasətində fəal iştirakı, BMT-nin gənclər qolları ilə gələcəkdə əməkdaşlıq perspektivlərini müzakirə etmək, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" dövlət prorqamının əhəmiyyətini gənclərin nəzərinə çatdırmaqdır.

Seminarda AGAT-ın təşəbbüskarlığı ilə BMT-nin İnkişaf Proqramın Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşları və Etika Akademiyasının rəhbəri Günel İbrahim iştirak edəcəkdir. Qeyd edək ki, AGAT il ərzində maliyyə imkanlarını nəzərə almaqla, BMT-nin İnkişaf Proqramı Azərbaycan nümayəndəliyi ilə birlikdə müxtəlif səpkili tədbirlər keçirir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə