“ASAN xidmət” Mərkəzinin mərkəzləşdirilmiş elektron növbə sistemində 18 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb. AZƏRTAC xəbər verir ki, bu müraciəti Gəncə şəhər sakini Salman Cəlilov Gəncə “ASAN xidmət” mərkəzinə edib.
S. Cəlilov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mərkəzinə Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.
Salman Cəlilov 10 milyonuncu müraciətin sahibi kimi təşəkkürnamə və xüsusi hədiyyələrlə mükafatlandırılıb. O vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə“ASAN xidmət”ə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB