Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişdi

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 40-50 , Naxçıvan MR çaylarında isə 140 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 225 m3/s olmaqla ongünlük normanın 136 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 146 m3/s təşkil edərək ongünlük normanın 159 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 23, Şirvanda və Bankədə 6, Salyanda 14, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 373 m (2016-cı il oktyabrın 27-də 556 sm), Şirvanda 209 sm, Salyanda 179 sm (2016-cı il oktyabrın 27-də 407 sm), Bankədə 185 sm (2016-cı il oktyabrın 27-də 279 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2016-cı il oktyabrın 27-də 266 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə