Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki 2 saylı orta məktəbdə Üzeyir Hacıbəyovun 132 illiyinə həsr olunmuş "Sənsiz" adlı bədii-publisistik tədbir keçirilib. Tədbirdə Abşeron rayon təhsil şöbəsinin əməkdaşları, müəllim və valideynlər iştirak ediblər.Tədbirin təşkilatçısı olan məktəb kitabxanasının müdiri Gülnar Yusifova çıxış edərək Ü.Hacıbəyovun həyat yolu barədə danışıb, onun Azərbaycan musiqisinə verdiyi böyük töhvələr haqqında məlumat verib. Məktəbin tarix müəlliməsi olan Pəri Umudova tədbirdə çıxış edərək diqqətə çatdırıb ki, Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur
Daha sonra, məktəbin şagirdlərinin ifasında böyük bəstəkarın "Sənsiz" romansı ifa olunub. Eyni zamanda bacarıqlı və istedadlı şagirdlər "Arşın mal alan" operettasını səhnədə nümayiş etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB