Yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə Abşeron rayonunda 0,3 manat vergi tətbiq edilir
Abşeron rayonunda 3,0 sot torpağı və sahəsi 70 kvadratmetr olan evin sahibi nə qədər vergi ödəməlidir?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, xüsusi mülkiyyətində olan tikiliyə və torpaq sahəsinə görə bələdiyyəyə torpaq və əmlak vergisi ödənilməlidir.
Belə ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə Sumqayıt şəhəri və Abşeron rayonu üzrə müəyyən olunan 0,3 manat vergi dərəcəsi tətbiq edilir.
Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərinin ərazisində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlara görə torpaq vergisinin məbləği isə torpaq sahəsi 10.000 kvadratmetrə qədər olduqda hər 100 kvadratmetrə görə 0,5 manat vergi dərəcəsi tətbiq edilməklə hesablanır.
Qeyd olunan məlumatlara əsasən, 2.6 sot (260 kvadratmetr) olan torpaq sahəsi üçün 1,30 manat (0,5*260/100) torpaq vergisi və 70 kvadratmetr yaşayış sahəsi olan mənzil üçün 12 manat ((70-30)*0,3) əmlak vergisi hesablanmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB