Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Sağlam gənclik - sağlam gələcək” (Zərərli vərdişlərə - narkotiklərə yox deyirik!)” mövzusunda maarifləndirmə tədbir keçirilib. DİN mətbuat xidmətinin Şirvan regional qurupunun baş inispektoru Toğrul Nəsirlinin SİA-ya verdiyi məlimatda qeyd olunur ki, tədbirin rəsmi hissəsindən öncə kollecin tələbələrinə narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən mövzuda əl işlərindən ibarət sərgi nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov qonaqları salamladıqdan sonra çıxış üçün sözü Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyevaya verib. Çıxış üçün söz alan mərkəzin direktoru narkomaniya əlehinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyini bildirib.
Daha sonra Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Yalçın Alısoy çıxış edərək narkomaniyaya qarşı görülən işlərdən, bu bəladan qorunma yolları narkomaniyanın insan sağlamlığına vurduğu zərərlər barəsində ətraflı məlumat verib.
Şirvan Şəhər İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Rafael Nəsirov çıxışında isə zərərli vasitələrə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən danışıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB