Azərbaycanda cinayət xarakterli hadisələrin 30-35 faizini piyada vurulma qəzaları təşkil edir RƏSMİ AÇIQLAMA

Azərbaycanda cinayət xarakterli hadisələrin 30-35 faizini piyada vurulma qəzaları təşkil edir RƏSMİ AÇIQLAMA

"Azərbaycanda baş verən cinayət xarakterli hadisələrin 30-35 faizini, Bakıda baş verənlərin isə 50-55 faizini piyadanın vurulması ilə nəticələnən qəzalar təşkil edir". Bunu SİA-ya açıqlamasında yol hərəkəti üzrə ekspert

Ekspert bildirib ki, Azərbaycanda piyada vurulması halları 3 subyektiv haldan baş verir: "Birinci piyadanın özünün məsuliyyətsizliyi diqqətsizliyi, müəyyən hallarda bilgisizliyi, ikinci sürücülərin diqqətsizliyi, məlumatsızlığıdır. Faiz nisbəti az olmasına baxmayaraq, ən pis hal isə üçüncü - yol hərəkətinin təşkilindəki səhvlərdir. Bəzən gecələr müəyyən yolların, piyada keçidlərin işıqlandırılmasında olan problemlər nəticə etibarı ilə qəzalara səbəb olur. Qaranlıq yolda qara paltar geyən piyadanı sürücü görmədiyi halda onu vurub həyatına son qoya bilir".

Ə. Hüseynov söyləyib ki, keçidlərin təhlükəli yerlərdə, çoxzolaqlı yollarda qoyulması və bu yolların işıqforla tənzimlənməməsi də piyadaların vurulmasına səbəb olur: "Bəzən yuxarıda sadaladığımız üç subyektiv səbəb az hallarda da olsa üst-üstə düşə bilir . Belə olan halda, piyadanın ölümü qaçılmazdır".

Ekspertin sözlərinə görə, Azərbaycanda qulaqcıqdan istifadəyə görə, piyadanın vurulması ilə nəticələnən qəzalara da rast gəlinir: "Qulaqcıqdan istifadəyə görə piyadanın nəinki, avtomobil, hətta qatarla vurulmasının da şahidi olmuşuq. Bəzi ölkələrdə yolu keçərkən telefondan istifadəyə görə cərimələr mövcuddur. Lakin mən belə cərimənin tərəfdarı deyiləm. Əgər belə cərimə tətbiq olunsa, düşünümrəm ki bu, qəzaların sayına əhəmiyyətli dərəcədə təsir edə bilər. İlk növbədə piyada vurulma hallarının hamısı araşdırılmalıdır. Dünyanın hər yerində bu cür məsələlərlə bağlı ciddi təhlillər aparılır. Bunun əsasında da qəzaların azaldılması istiqamətində layihə və ideya irəli sürülür, müəyyən cərimələr tətbiq olunur".

Ə. Hüseynov əlavə edib ki, piyadanın vurulması ilə nəticələnən qəzaların daha çox nədən baş verdiyi polis tərəfindən araşdırmalıdır: "Dünyanın hər yerində polislə yanaşı kriminaloji tədqiqatlar mərkəzi fəaliyyət göstərir ki, məhz onlar bu cür cinayətlərin nədən baş verdiyini araşdırırlar. Azərbaycanda da belə mərkəzlər yaradılmalıdır. Belə univerisitetlərin, Ədliyyə Nazirliyinin, Azərbaycan Elmlər Akademiyasının, hətta polisin tərkibində də fəaliyyət göstərə bilər. Azərbaycan polisində bu cür mütəxəssislər və məsələ ilə məşğul olmaq üçün şərait də var".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə