Qarabağ qazisi faciəli şəkildə vəfat edib

İkinci qrup Qarabağ əlili, kapitan Hüseynov Əlihüseyn Ələsgər oğlu vəfat edib. Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar (AVMVB) birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev məlumat verib.

Onun sözlərinə görə, mərhum Səbail rayonunda “Baku Oxford” məktəbinin yaxınlığındakı binada yaşayırmış. Ə.Hüseynov yaşadığı mənzilində təmir işləri aparırmış, binanın 9-cu mərtəbəsindən yıxılaraq faciəli şəkildə vəfat edib. O, AVMVB Səbail rayon təşkilatının müavini olub.

Şərəfli döyüş yolu keçən Ə.Hüseynov məşhur Şıxov batalyonunda (18110 h/h) erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşüb. Döyüşçü kimi “Yaquar” adı ilə tanınıb. Özündən sonra 3 azyaşlı ovladı qalıb.

Azərbaycan Vətən Müharibəsi Veteranlar birliyi, birliyin Səbail rayon təşkilatı, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə