Deputat seçiciləri qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Saatlı rayonunda seçicilərin bir qrupunu qəbul edib. Mətbuat Şurasından SİA-ya verilən xəbərə görə, qəbulda vətəndaşların qaldırdıqları məsələlərin həlli imkanları nəzərdən keçirilib, müzakirələr aparılıb. Vətəndaşlar əsasən şəxsi xarakterli problemləri qabardıblar.

Bunlarla əlaqədar müvafiq göstərişlər verilib, aidiyyatı qurumların təmsilçiləri ilə təmaslar yaradılıb, bir sıra məsələlər nəzarətə götürülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə