Elm adamları 24-27 oktyabr tarixlərində güclü geomaqnit qasırğalarının olacağını proqnozlaşdırırlar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Milli Okean və Atmosfer Administrasiyasının saytında qeyd olunub.
Məlumata görə, tədqiqatçılar qasırğaya səbəb olacaq yüksək surətli günəş küləyi axınını araşdırıblar. Onların sözlərinə görə, qasırğanın yerə yaxınlaşma ehtimalı 65 faizdir. Ekspertlərin sözlərinə görə, son dövrlər günəş axınının çeviklikləri əhəmiyyətli dərəcədə artıb. Bu səbəbdən də ayda iki dəfə geomaqnit qasırğalarının olacağı gözlənilir.
Elm adamları geomaqnit qasırğaları zamanı ünsiyyətdə kəsintilərin, baş ağrılarının və təzyiqi olan insanlarda narahatçılığın olacağını istisna etmirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB