Azərbaycanda 1993-cü ildən başlayaraq mətbuatın inkişafı ilə bağlı mühüm addımlar atılıb. Bir neçə il öncə ölkə prezidentinin göstərişi ilə, dövlət tərəfindən qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulması, kütləvi informasiya vasitələrinə maliyyə yardımlarınin edilməsi ilə bağlı tədbirlər həyata keçirib. Bu sahədə problemlər tamamilə aradan qaldırılıb.
Dövlət medianı himayə edir və bu gün də dövlətin mətbuata qayğısı hiss olunmaqdadır. Təbii ki, bir-iki jurnalistlə qarşı hansısa bir şəraitdə baş vermiş hadisələri qətiyyən ölkənin söz, mətbuat və informasiya azadlığı sahəsindəki durumla eyniləşdirmək olmaz. Azərbaycanda 4000-dən artıq KİV qeydiyyatdan keçib. Təsis edilən qəzet və jurnallar müxtəlif siyasi, ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fiziki şəxslərə məxsusdur.
Bölgələrdə 60-dan artıq qəzet nəşr olunur. Azərbaycanda 40 informasiya agentliyi, onlarla jurnalist təşkilatı, 20-dən artıq mətbuat yayımı şirkəti, 8 ümummilli, 15 regional televiziya kanalı fəaliyyət göstərir. Onlardan yalnız birinin səhmləri dövlətə məxsusdur. Bu üzdən digər kanalların hakimiyyətin nəzarətində olması ilə bağlı iradlar özünü doğrultmur.
Ötən illərdə jurnalistlərə qarşı hər bir fiziki zorakılıq halı ilə bağlı cinayət işi açılıb və istintaq tədbirləri həyata keçirilib. 2007-ci ildə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə- təhqir və böhtana görə həbs olunmuş jurnalistlər Prezidentin Fərmanı ilə əfv olunub.
Bəzi qəzetlərdə həbs edilmiş jurnalist kimi adları hallanan şəxslər isə konkret cinayət əməllərinə görə məhkum ediliblər və onların törətdiyi cinayətlərin jurnalist fəaliyyətinə aidiyyəti yoxdur.
Bütün bu qeyd olunanları nəzərə aldıqda qətiyyətlə söyləmək olar ki, Azərbaycan söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunub, jurnalistlərin rahat və təhlükəsiz şəraitdə çalışması üçün hər cür imkan yaradılıb. Amma nədənsə bir sıra xarici qurumlar bunu görməzliyə vurmağı üstün tuturlar.
Müqayisə üçün deyək ki, Ermənistanda insan hüquqları, media azadlığı ilə bağlı problemlərə də eyni kontekstdən yanaşırlar. Yəni, bu halları da görməzliyə vururlar. Bu zaman belə bir fikir ortaya çıxır ki, dünyada ikili standartlar tətbiq olunur. Belə olmasaydı, Azərbaycanla Ermənistana eyni duruma görə ayrı-ayrı yanaşma olmazdı. Azərbaycanda qanuni hallara kəskin reaksiya verən Qərbin, Ermənistandakı qanunsuzluqlara rekasiyası da eyni olardı. Beynəlxalq aləm, eləcə də Azərbaycan ictimaiyyəti dünyanın bir sıra yerlərində ikili standartların tətbiq olunduğunun fərqindədir. Bir də ki, özünə rəva gördüyünü başqasına irad tutmaq obyektiv yanaşma deyil. Hər halda bu və öncəki yazılarımızda demokratik adlanan ölkələrdə bu məsələ ilə durumu sizin nəzərinuzə çatdırmışıq.
Yazı Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan Respublikasında söz və mətbuat azadlığına dair ictimai maariflənmənin təmin edilməsi sahəsində KİV-in rolunun artırılması" layihəsi çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB