Ölkənin müvafiq qanunları hər bir şəxsə maneəsiz olaraq mətbu orqan təsis etmək, hər kəs üçün bərabər, maneəsiz informasiya əldə etmək imkanı verir. KİV azadlığı sahəsində Azərbaycan qanunvericiliyi beynəlxalq təşkilatların ekspertlərinin iştirakı ilə hazırlanıb və demokratik standartlara tam cavab verir.
Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda mətbuat azadlığını bəziləri özbaşınalıq, şantaj, hədə-qorxu və böhtan üsularından istifadə edib rüşvət almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətinin tapdalamaq və ya insanları təhqir etmək azadlığı kimi qavrayırlar.
Ölkəmizdə bir çox mətbu vasitələr siyasi təşkilat kimi fəaliyyət göstərir və xidmət etdiyi təşkilatın siyasi funksiyalarını yerinə yetirir. Bəzi KİV reketçiliklə məşğul olur, digərləri şantaj və bohtan kompaniyası ilə hansısa məqsədlərə nail olmaq istəyir və s. Bütün bu problemlər ümumilikdə cəmiyyətin problemidir və bunların çözülməsi üçün tədbirlər görülməlidir. Siyasi təşkilatın təsisşiliyi ilə yaradılan və bəzi hallarda onun bir strukturu kimi fəaliyyət göstərən mətbuat vasitəsi nə dərəcədə azad ola bilər və onun cəmiyyət üçün informasiya yaymaq funksiyası nə dərəcədə obyektiv həyata keçirilə bilər?
Azərbaycanda diffamasiya məsələsinə gəldikdə isə bəzi məqamları incələməyə ehtiyac var. Ölkə mətbuatında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin ancaq jurnalistlərə şamil edilməsi haqda rəy formalaşdırılır və bu zaman nəzərə alınmır ki, həmin maddələr ümumiyyətlə böhtan və təhqirə görə nəzərdə tutulub. Sadəcə olaraq belə hallara mətbuat səhifələrində daha çox rast gəlindiyindən təbii ki, bu maddələr də ən çox jurnalistlərə tətbiq olunur. Azərbaycanın cinayət qanunveriliciyi kifayət qədər humanistdir. Məsələn Moldovada bu maddələr ləğv olunub, amma böyük cərimə sanksiyaları tətbiq olunur. Azərbaycanda isə, həmin maddələr ləğv olunmayıb, amma cərimələr onlardan xeyli aşağıdır.
Bloggerlərə gəldikdə, Azərbaycanda konkret xuliqanlıq əməli ilə bağlı həbs olunan iki bloggerlə bağlı etiraz bildirən təşkilatlar dünyanın inkişah etmiş demokratik ölkələrindəki duruma nəzər salsalar pis olmazdı. Maraqlıdır ki, Azərbaycana irad tutan ölkələr, həmçinin müxtəlif təşkilatlara daxil olan dövlətlərin özündə də bloggerlərin həbsi heç də sıradan hadisə deyil.
Bu dövlətlərin çoxunda da bu kimi hallara rast gəlinir. Faktlar göstərir ki, hətta inkişaf etmiş və özlərini söz azadlığı nümunəsi hesab edən ölkələrdə belə, bloggerlərin həbsi halları geniş yayılmış praktikadır. "Threatened voices"- bloggerlərin hüquq müdafiə təşkilatlarının hesabatı əsasında dünyada həbs edilmiş bloggerlərin siyahısını nəzəriniz çatdırırıq.
Çin- 34,
Tunis- 19,
Mərakeş- 3,
Malayziya- 3,
BƏƏ- 2,
Rusiya- 2,
Böyük Britaniya- 2,
ABŞ- 4,
Avstraliya- 1,
Kanada- 1,
Almaniya- 1,
Finlandiya- 1,
Xorvatiya- 1,
Cənubi Koreya- 1,
Cənubi Afrika- 1 və s.
Təbii ki, problemlərin var olduğu sahələrdən biri də mətbuatla bağlıdır. Mətbuatın problemlərinin mövcudluğunu inkar etmək olmaz. Cəmiyyət də, dövlət də bu problemlərin həll olunmasına çalışır. Bu gün Azərbaycan bir dövlət olaraq söz və mətbuat azadlığını dəstəkləyir və ölkənin demokratik inkişafında bunun rolunu müsbət stimul hesab edir. Ölkədə söz və mətbuat azadlığı üçün hüquqi baza yaradılıb və bunun real olaraq həyata keçirilməsi üçün lazımı şərait təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB