“Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” - SƏS TV TƏDBİR
Bu gün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə sıx əməkdaşlıda Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) tərəfindən həyata keçirilən “ Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində “ Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə AQUPDK-nın sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, UNFPA nümayəndəsi Qulam İshaqzai, ABŞ-ın Azərbaycandakı Missiya rəhbərinin müavini Vilyam Gill, Ombudsman Elmira Süleymanova, millət vəkilləri, QHT rəhbərləri və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan komitə sədri Hicran Hüseynova gender bərabərliyi üzrə dövlət siyasətindən bəhs edib. O bildirib ki, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbüsü ilə 2010-cu ildə Məişət Zorakılığının qarşısının alınması haqqında Qanun qəbul olub: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə qadın hüquqlarının qorunması, xüsusi ilə də Məişət Zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Bu qruplar baş vermiş zorakılıq hallarını araşdırır, qurbanın müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir”.
Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi haqqında fikirlərini söyləyən Hicran Hüseynova layihəyə böyük ümidlər bəslədiyini dilə gətirib: “Zorakılığın qarşısının alınması, qadının hüquqlarının qoruması, Ailə İnstitutunun möhkəmliyi, bütövlükdə, dövlətin inkişafı deməkdir. Məhz bu baxımdan zorakılığa məruz qalan qadınların yenidən ailəyə, cəmiyyətə reinteqrasiya edilməsi çox vacibdir. İnanıram ki, qarşılıqlı əməkdaşlıq nəticəsində gender əsaslı zorakılığın qarşısının alınmasında, bu sahədə qurumlarası əməkdaşlığın təkmilləşdirməsində müsbət nəticələr əldə edəcəyik”.
Konfransda çıxış edən UNFPA nümayəndəsi Qulam İshaqzai “Məişət zorakılığı” haqqında qanunvericiliyin təkmilləşdirilməsi barəsində söz açıb. Azərbaycanda bu istqamətdə həyata keçirilən addımları yüksək qiymətləndirən İshaqzai söyləyib ki, Azərbaycan hökumətinin ölkədə hər bir qadının zorakılığın bütün formalarından tam müdafiə olunmasının təmin edilməsində qətiyyətli olması təqdirəlayiqdir”.
Onun sözlərinə görə, Azərbaycanda məişət zorakılığı probleminin həlli üçün mühüm strateji müdaxilələr edilib: Bununla belə zorakılıqdan zərər çəkənlərin müdafiə və ədliyyə xidmətlərinin bütün mərhələlərində səmərəli yardım almasını təmin etmək üçün müvafiq hüquqi islahatların effektiv qabaqlayıcı və istiqamətləndirmə mexanizmləri ilə müşayiət olunması eyni dərəcədə vacibdir”.
Konfransın davamında çıxış edən ABŞ-ın Azərbaycandakı səfirliyinin Missiya rəhbərinin müavini Vilyam Gill dünyada məişət zorakılığı hallarının qarşısının alınması üçün bütün dövlətlərin birgə səy göstərmələrinin və belə hallarının qarşısının alınması istiqamətində mühüm addımlar atmasının vacibliyini dilə gətirib: “Ümid edirik ki, birgə səylər nəticəsində gender əsaslı zorakılığın qarşısının alınması üçün effektiv milli istiqamətləndirmə və müdafiə mexanizmi təsis ediləcək”.
Tədbirin davamında bir sıra dövlət qurumlarının və digər QHT-lərin iştirakı ilə zorakılığın cəmiyyətə vurduğu zərərin müxtəlif aspektləri barəsində müzakirələr baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB