"Təəssüf ki, dünyanı öz məngənəsinə alan kobud insan hüquqlarının pozuntusu olan gender əsaslı zorakılıqdan dünyada hər 3 qadından 1-i əzab çəkir. Bu səbəbdən də dövlətlər gender əsaslı zorakılığın qarşısını alınmasında həm individual, həm də institusional müstəvidə diqqət ayırmalıdırlar". SİA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin Missiya rəhbərinin müavini Vilyam Gill "Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizmlərinin yaradılması" mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, zorakılıqla bağlı problemlə mübarizədə müdafiə mexanizmləri ilə yanaşı qanunvericilik sahəsində islahatlar və təşəbbüslər vacibdir: "Mən Azərbaycan hökuməti tərəfindən Məişət Zorakılığı haqqında qanunun qəbul edilməsini böyük nailiyyət hesab edirem. Biz ümid edirik ki, birgə səylər nəticəsində gender əsaslı zorakılığın qarşısının alınması üçün effektiv milli istiqamətləndirmə və müdafiə mexanizmi təsis ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB