Millət vəkilinə Türkiyədən təşəkkür gəldi

Millət vəkili, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyevə qardaş ölkənin iki bələdiyyəsi tərəfindən təşəkkürnamə göndərilib. Cavanşir Feyziyev Fəthiyyə Bələdiyyəsi və Sarıqamış Bələdiyyəsi başqanlarının imzaladığı təşəkkürnamədə, Sarıqamışda doğulmuş, Fəthiyyədə yaşayan Şəki kökənli şair-publisist Coşqun Qarabuludun Bakıda kitabının çıxmasına göstərdiyi maddi və mənəvi dəstəyə görə millət vəkilimizə təşəkkür edilir.

Qeyd edək ki, Coşqun Qarabulud bugünlərdə millət vəkilimizin dəvəti ilə Azərbaycanda səfərdə olub, dədələrinin yurdu Şəkidə, habelə, Mingəçevir, Sumqayıt və Bakıda maraqlı görüşlər keçirib.

Onu da əlavə edək ki, bundan bir qədər öncə Türkiyənin nüfuzlu Eko-Avrasiya qurumu da millət vəkilimizi təltif etmişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə