Azərbaycan Türkiyədə təmsil olunub

Türkiyənin İstanbul şəhərində Elm Parkları və İnnovasiya Sahələri üzrə Beynəlxalq Assosasiyanın (IASP) 34-cü Ümumdünya konfransı keçirilib. SİA-nın xəbərinə görə, 50 ölkədən 500-dən çox iştirakçının qatıldığı konfransda ölkəmizi AMEA-nın Yüksək Texnologiyalar Parkı təmsil edib.

Konfransın əsas mövzusu “Texnoparklar və innovasiya ekosistemləri: Gələcək strategiya və trendləri müəyyən etmək” olub. Tədbirdə, həmçinin elm və texnologiya parkları, regional innovasiya ekosistemləri və yeni innovasiya strategiyaları müzakirə edilib.

Bundan əlavə, müasir sinerji modelləri və inkişaf edən texnologiya şirkətləri üçün investisiya modelləri araşdırılıb, maliyyə resurslarından istifadə, gələcək texnopark strategiyaları və meyllərinə dair seminarlar keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...