Millət vəkili “Qarabağ”ı təbrik etdi

“Qarabağ” Futbol Klubu növbəti ilkə imza atdı. Avropanın elecə də dünyanın ən güclü futbol kulublarından biri sayılan Madridin “Atiletiko” komandası ilə oyunda “Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı. Çempionlar Liqasina çıxması ilə artıq Azərbaycanın Futbol tarixinin ən uğurlu nəticəsini əldə edən “Qarabağ” eyni zamanda böyük siyasi uğur da qazandı. Artıq “Qarabağ” bütün dünyaya Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu yüz milyonlarla tamaşaçı qarşısında nümayiş etdirir. Bu ermənilərin Azərbaycana qarşı apardıqları çirkin təbliğat kompaniyasına tutarlı cavabdır. Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, oyunu idarə edən hakimin “Atiletiko” nun qapısına 11 metrlik cərimə zərbəsi təyin etməməsi, üstəlik “Qarabağın” aparıcı hücumçusunun meydandan çıxarılması da futbolçularımızı ruhdan salmadı, onlar azlıqda qalmalarına baxmayaraq sona kimi əzmkar mübarizə apardılar: "“Qarabağ” bu oyunu ilə göstərdi ki, komanda düzgün yoldadır və onlar oyundan-oyuna öz oyunlarını təkminləşdirirərək Azərbaycan futbolunu dünyaya nümayiş etdirirlər. Bu uğurlar cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın bütün sahələrinə o cümlədən futbolun inkişafına göstərilən diqqət və qayğının nəticəsində əldə olmuşdur.

Komandanın rəhbərliyini, məşqçi heyyətini, bütün üzvülərini keçirdikləri yüksək səviyyəli, əzmkar oyun münasibəti ilə təbrik edir, onlara növbəti oyunlarda uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...