Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti uzadılır
Bu gün Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, komitə sədri Ziyad Səmədzadənin sözlərinə görə, iclasda 13 qanuna dəyişiklik layihəsi müzakirə edilir.
O bildirib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik təklif edilir. Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.
Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB