Məlum olduğu kimi, Abşeron yarımadasında ekoloji vəziyyətin normallaşdırılması üçün yaşıllıq zolaqlarının artırılması, buradakı iqlim şəraitinə uyğunlaşa bilən ekzotik ağac-kol və dekorativ bitkilərin becərilməsi, Abşeronun nəsli kəsilmək təhlükəsi olan nadir bitkilərindən ibarət kolleksiyanın yaradılması məqsədilə H.Z. Tağıyev adına NQÇİ–nin 9,3 hektar ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi tərəfindən "Ekoloji park" salınır. Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hazırda burada layihə üzrə alternativ enerji mənbələrinin quraşdırılması işlərinə başlanılıb.
Artıq ərazidə hər birinin gücü 10 Kvt/saat olan 4 ədəd külək generatoru və ümumi gücü 20 Kvt/saat olan günəş batareyaları quraşdırılıb. Parkda alternativ enerji mənbələrindən alınan enerjinin ümumi həcmi 60 kVt/saat təşkil edir. Külək generatorları və günəş batareyaları Çin Xalq Respublikasının "MaxWind" şirkəti tərəfindən istehsal edilib. Hazırda həmin şirkətin mütəxəssisləri tərəfindən sazlama işləri həyata keçirilir. İşlərin oktyabr ayında tam başa çatdırılacağı nəzərdə tutulub. "MaxWind" şirkətinin mütəxəssisləri həmçinin, quraşdırılan avadanlıqlara 1 il müddətinə texniki xidmət göstərəcək, yerli personala avadanlıqlardan istifadə qaydalarını öyrədəcək, təlimlər keçəcəklər.
Qeyd edək ki, "Ekoloji Park"da inzibati binanın elektrik təchizatı, ərazinin işıqlandırılma sistemləri və digər sahələrin enerji tələbatı həmin alternativ enerji mənbələrindən təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB