Pirallahı rayonunda hesabat yiğıncağı keçirilib

Pirallahı rayonunda hesabat yiğıncağı keçirilib

Pirallahı rayonunda 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, hesabat yığıncağında Pirallahı rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov, millət vəkili Rauf Əliyev, sənaye müəssisələrinin, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və rayon ictimayətinin nümayəndələri iştirak ediblər.

Hesabat yığıncağını giriş sözü ilə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox mürəkkəb beynəlxalaq mənzərə fonunda Azərbaycan uğurla inkişaf edib.

Vasif İmanov çıxışı zamanı xüsusilə qeyd edib ki, ölkə başçısı qısa müddət ərzində Pirallahı rayonuna iki dəfə səfər edib. Daha sonra Vasif İmanov Dövlət Proqramlarına əsasən rayonda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Hesabat ətrafında çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev, “Abşeronneft NQÇİ”nin rəisi Şahmar Hüseynov, RİH başçısı Aparatının şöbə müdiri Azad Namazov, 186 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışıb, 2017-ci ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab ediblər.

9 ay ərzində rayonda həyata keçirilən işlər, icra edilən dövlət proqramları onu deməyə əsas verir ki, etnik tərkibin zənginliyi ilə fərqlənən Pirallahı rayonunun sakinləri Prezident İlham Əliyevin Sərəncamı ilə “İslam Həmrəyliyi ili” elan olunmuş 2017-ci ili də uğurla başa vuracaqlar.

Tədbirin sonunda RİH başçısı Aparatının şöbə müdiri Nizami Nasırova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dövlət qulluğunda səmərəli fəaliyyətinə görə verdiyi “Tərəqqi” medalı təqdim olunub. O cümlədən, yığıncaqda neft sənayesinin inkişafında xidmətlərinə görə, Yusup Salavatov və Zaur Bağırov “Tərəqqi” medalı, Şahmar Hüseynov isə “Əməkdar mühəndis” fəxri adı almaları münasibətilə təbrik ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə