Təhsil naziri 2 direktora, 13 müəllimə şiddətli töhmət verib-Siyahı

Təhsil naziri 2 direktora, 13 müəllimə şiddətli töhmət verib-Siyahı
Təhsil naziri Misir Mərdanov "2009-2010-cu dərs ilində IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri və buraxılış imtahanlarına hazırlıq haqqında" Kollegiya qərarının icrasını təmin etmək məqsədilə əmr imzalayıb. Bu barədə SİA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilib ki, əmrə əsasən "2009-2010-cu dərs ilində IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri və buraxılış imtahanlarına hazırlıq haqqında" arayış nəzərə alınması, Aparatın rəhbəri (İ.Pirməmmədov), Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva), Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov), Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) müvafiq rayon (şəhər) təhsil şöbələrinin müdirləri ilə birlikdə yoxlama imtahanlarının nəticələrini və buraxılış imtahanlarına hazırlıqla bağlı qarşıda duran vəzifələri rayon (şəhər) təhsil şöbələrinin təhsilyanı şura iclaslarında geniş müzakirə etməsi, nəticələri aşağı olmuş məktəblərdə vəziyyətin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər görməsi barədə tapşırıqlar verib.

Əmrdə həmçinin qeyd olunub ki, yoxlama imtahanlarında şagirdləri daha aşağı nəticə göstərən ümumtəhsil məktəblərinin rəhbərlərinə ciddi xəbərdarlıq edilməklə bu vəziyyətin davam edəcəyi təqdirdə onların vəzifə məsuliyyətinə baxsınlar, çoxsaylı şagirdləri yoxlama imtahanlarında iştirak etməyən, həmçinin məktəbdən xaric edilmiş məktəblərdə bunun başvermə səbəblərini araşdırsınlar, nəticəsindən asılı olaraq, məktəb rəhbərləri haqqında müvafiq tədbirlər görsünlər və Təhsil Nazirliyinə hesabat təqdim etsinlər, Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov) 2009-2010-cu dərs ilində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış sinif şagirdləri və imtahan nəzarətçiləri haqqında müvafiq baza məlumatlarının dəqiqləşdirilməsini həyata keçirsinlər.

Misir Mərdanovun əmrinə əsasən, ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanlarında öz vəzifələrinə məsuliyyətlə yanaşmış aşağıda adları qeyd olunan nəzarətçi müəllimlərə mövcud qanunvericiliyə uyğun təşəkkür verilib:

1. İsmayılova İlhamə Ramazan qızı - Zaqatala rayonu Tala kənd 4 nömrəli orta məktəbin müəllimi.
2. Qurbanova Qəndaf İbadulla qızı - Zaqatala rayonu Qazangül kənd orta məktəbinin müəllimi.
3. Üzdənova Rübabə Pənah qızı - Qusar şəhər 4 nömrəli orta məktəbin müəllimi.
4. Mənsimov Murad Qəhrəman oğlu - İmişli rayonu Qızılkənd kənd orta məktəbinin müəllimi.
5. Rəsulova Əminə Aslan qızı - Neftçala şəhər 1 nömrəli orta məktəbin müəllimi.
6. Həsənova Könül Seyran qızı - Neftçala şəhər 2 nömrəli orta məktəbin müəllimi.
7. Əsgərova İlhamə Rabil qızı - Neftçala rayonu Həsənabad qəsəbə orta məktəbinin müəllimi.
8. Camalov Fərid Eynulla oğlu - Quba şəhər 2 nömrəli orta məktəbin müəllimi.
9. Nöhbabayev Murad Hikmət oğlu - Quba peşə liseyinin müəllimi.
10. Məmmədov Azad Elçin oğlu - Quba peşə liseyinin müəllimi.
11.Hacıyev Rüfət Malik oğlu - Quba rayonu Təngəaltı kənd orta məktəbinin müəllimi.

Bundan əlavə, imtahan prosesində öz vəzifələrinə məsuliyyətsiz yanaşdıqları və ciddi nöqsanlara yol verdikləri üçün adları aşağıda qeyd olunan məktəb rəhbərlərinə mövcud qanunvericiliyə uyğun intizam tənbehi - sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib:

1. Rüstəmova Xuraman Müzəffər qızı - Beyləqan şəhər 3 nömrəli orta məktəbin direktoru.
2. Əhmədov Əli Əhməd oğlu - Ağcabədi şəhər 4 nömrəli orta məktəbin direktoru.

Əmrə əsasən, həmçinin imtahan prosesində öz vəzifələrinə məsuliyyətsiz yanaşdıqları və ciddi nöqsanlara yol verdikləri üçün adları aşağıda qeyd olunan imtahan nəzarətçilərinə mövcud qanunvericiliyə uyğun intizam tənbehi - sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib:

1. Cəlalova Aytəkin Bayram qızı - Kəlbəcər rayonu 28 nömrəli orta məktəbin müəllimi.
2. Ərəbova Nərmin Vaqif qızı - Zaqatala rayonu Tala kənd 3 nömrəli orta məktəbin müəllimi.
3. Zeynalova Kifayət Qurban qızı - Zaqatala rayonu Tala kənd 3 nömrəli orta məktəbin müəllimi.
4. Həsənova Xatirə Lətif qızı - Zaqatala şəhər 3 nömrəli orta məktəbin müəllimi.
5. Əliyeva Zarema Fazil qızı - Qusar şəhər 4 nömrəli orta məktəbin müəllimi.
6. Əliyeva Dürrə Bəbir qızı - Ağcabədi şəhər 11 nömrəli orta məktəbin müəllimi.
7. Kərimova Gülşən Muxtar qızı - Ağcabədi şəhər 12 nömrəli orta məktəbin müəllimi.
8. Yusifova Mətanət Qədir qızı - Ağcabədi rayonu Kəbirli kənd orta məktəbinin müəllimi.
9. Əhmədova Reyhan Məhəmməd qızı - Ağcabədi rayonu Şərəfxanlı kənd orta məktəbinin müəllimi.
10. Abuzərov Mehman Canyar oğlu - Qobustan rayonu Sündü kənd orta məktəbinin müəllimi.
11. Əzizov Babagözəl Zərbalı oğlu - Qobustan rayonu Ərəbşalbaş kənd orta məktəbinin müəllimi.
12. Osmanov Hacıbaba Əlfağa oğlu - Qobustan rayonu Çalov kənd orta məktəbinin müəllimi.
13. Əmrahov Fikrət Əmirxan oğlu - Qobustan rayonu Poladlı kənd orta məktəbinin müəllimi.

Əmrin icrasına nəzarəti təhsil naziri öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə