Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 749) ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 7-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
|
7. Hasilat sənayesində şəffaflığın artırılması |
||||
|
7.1. |
Beynəlxalq prinsiplərə uyğun olaraq, hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlığın davam etdirilməsi |
Həyata keçirilmiş fəaliyyətlə bağlı hesabat |
İcraçı: Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya |
2017-2018 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB