Ahıllar günü Sabirabadda da qeyd edilib

Ahıllar günü Sabirabadda da qeyd edilib
1 Oktyabr dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu münasibətlə "İRƏLİ" İctimai Birliyininin Sabirabadda yerləşən Regional Qərargahının əməkdaşları və könüllüləri rayonun ən yaşlı sakinlərini ziyarət ediblər. Birliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, gənclər tənha yaşayan yaşlı insanların evinə gül dəstləri ilə gedərək onları Beynəlxalq Ahıllar Günü münasibəti ilə təbrik edib və gün boyunca onların yanında həmsöhbət olub və günlük qayğılarının həllində yardımçı olublar..

Eyni zamanda bayram münasibəti ilə evləri ziyarət olunan ahıl insanlara gənclər tərəfindən hədiyyələr təqdim edilib.

Azərbaycan dövləti və Azərbaycan milləti qarşısında əvəzsiz xidmətləri olan yaşlı insanlarımızı unutmamaq, gənclər tərəfindən onların xidmətlərinin hər zaman diqqət mərkəzində saxlanılması üçün belə bir simvolik və xeyirxah aksiyaya imza atan "İRƏLİ" İctimai Birliyi gələcəkdə belə ənənələrin daha da kütləviləşdirilməsində maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə