Azərbaycan-Türkiyə tarixi, sosial-mədəni və ədəbi əlaqələri müzakirə olunacaq
Oktyabrın 12-dən 14-dək Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbin, Azərbaycan Turizm və Menecment Universitetinin və Türkiyənin Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransın elmi istiqamətləri Azərbaycan-Türkiyə tarixi, sosial-mədəni və ədəbi əlaqələrini, siyasi və iqtisadi münasibətləri, elm və təhsil, turizm və ekologiya sahələrini əhatə edəcək.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, elmi konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi, AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının, ali təhsil müəssisələrinin tanınmış və nüfuzlu pedaqoq-alimləri iştirak edəcəklər. Konfransa, həmçinin Təhsil Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin nümayəndələri də qatılacaqlar. Konfransın altı bölmədə keçiriləcək iclaslarında ümumilikdə 84 elmi məruzənin dinlənilib müzakirə olunması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB