Prezident: “Bütün sahələrdə dinamik inkişaf təmin edilib”

Prezident: “Bütün sahələrdə dinamik inkişaf təmin edilib”

"Bu ilin doqquz ayında Azərbaycan uğurla və hərtərəfli inkişaf edib, bütün sahələrdə dinamik inkişaf təmin edilib". SİA-nın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

O, iqtisadi göstəricilərin müsbət olduğunu vurğulayıb. Dövlət başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirib. Qeyd edib ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb.
Prezident İlham Əliyev vurğulayıb ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub. “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük”, - deyən dövlət başçısı iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu bildirib.
“4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir”, - Prezident vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə