Problemə görə məsuliyyət aidiyyatı qurumların üzərinə düşür “Azəravtoyol”dan cavab

“Son günlər istər sosial şəbəkələrdə, istəsə də bəzi xəbər saytlarında yolların, küçə və prospektlərin yenidən qurulması, bərpası zamanı işlərin digər aidiyyətı qurumlarla (yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlar) koordinasiyasız aparılması və nəticədə yollarda sonradan müəyyən problemlərin yaranması barədə məlumatlar yayılır”.

SİA-nın məlumatına görə, bu barədə “Azəravtoyol” ASC məlumat verib.

“Rəsmi olaraq bildirmək istəyirik ki, yollar, küçə və prospektlər yenidən qurulan zaman, hətta təmir işləri aparılmamışdan öncə yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara mütləq şəkildə müraciət olunur. Əgər işlərin aparıldığı yollarda həmin qurumların dəyişdirilməsi və ya yeni çəkilməsi lazım olan kommunikasiya xətləri varsa, bu işlər aparılır. Əgər sözügedən qurumlar orada hər-hansı bir işin aparılmasının zəruri olmadığı barədə “Azəravtoyol” ASC-yə məlumat verirlərsə, o zaman bizim tərəfimizdən təmir işlərinə başlanılır. İstənilən halda əgər təmir və ya yenidənqurma işlərindən sonra yollarda kommunikasiya xətləri ilə bağlı hər-hansı bir problem yaşanırsa, bunun məsuliyyəti birbaşa olaraq həmin xətlərə cavabdeh olan qurumların üzərinə düşür” - deyə, məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə