İqtisadiyyat üzrə Nobel mükafatçısı məlum oldu

İsveçin paytaxtı Stokholmda iqtisadiyyat üzrə 2017-ci il Nobel mükafatının laureatı məlum olub. SİA-nın məlumatına görə, bu mükafata ABŞ-lı iqtisadçı Riçard Taler layiq görülüb. O, “davranış iqtisadiyyatı” sahəsində apardığı tədqiqatlara görə bu mötəbər mükafatı əldə edib.

Qeyd edək ki, digər sahələrdən fərqli olaraq iqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildən təltif edilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə