“SABAH” qrupunun tələbələri üçün növbəti dərs

“SABAH” qrupunun tələbələri üçün növbəti dərs

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Bakı Dövlət Universitetinin filologiya fakultəsinin “SABAH” qrupunun III kurs tələbələri “Azərbaycan yazılı abidələrinin dili” fənni üzrə dərslərdə iştirak edirlər.

Son dərsdə dinləyicilərə “Kitabi-Dədə Qorqud” dastanı haqqında mühazirə oxunub. İnstitutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əli Əliyev dastanın Drezden və Vatikan nüsxələrinin Əlyazmalar İnstitutunda qorunub saxlanılan foto sürətləri əsasında tələbələrə abidə ilə bağlı geniş məlumat məlumat verib. O, institutda dastanının tədqiqi və dünyada təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

Mühazirəçi sonda dinləyiciləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, institutda “SABAH” qrupunun tələbələri üçün mütəmadi olaraq dərslər təşkil edilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə