İşdə qadınlar tez-tez yüksək kalorili məhsullar qəbul edirlər ki, bu da onlara il ərzində 100,800 əlavə kalori almaları ilə nəticələnir. Məhz bu kalorilərin nəticəsində bir çox qadınlar ilbə il kökəlməyə başlayırlar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 1000 qadın arasında aparılan sorğuya məlum olub ki, qadınlar qəbul etdikləri qəlyanaltı hesabına həftədə 2240 əlavə kalori alırlar. Qeyd edək ki, 8000 əlavə kalori 1 kiloqram artıq yağ deməkdir.
Alimlərin fikrincə, qadınlar daha çox yorğun, stressli və darıxdıqları zaman qida qəbul edirlər. Qadınlar adətən gün ərzində qəlyanaltıya 10:30, 15:30 saatlarında üstünlük verirlər. Həftənin bazar ertəsi və beşinci günləri isə şirniyyat qəbulunun ən pik dövrü hesab olunur. Sorğu zamanı məlum olub ki, qadınlar il ərzində orta hesabla 135 paket çipsi qəbul edirlər. 45 faiz qadınlar iş yerlərində çipsi, 39 faiz qadınlar isə peçenya saxlayırlar. Bundan əlavə qadınlar iş müddətində şirin kofe, qazlı və enerji içkiləri qəbul edirlər.
Sorğuda iştirak edənlər il ərzində 135 ədəd peçenya, 90 dilim tort, 90 paket şirniyyat, 45 paket quru meyvə, 45 paket çərəz və digər atışdırmalıqlardan imtina ediblər. Sorğu zamanı 5 qadından biri qəbul etdiyi qəlyanaltılardan imtina edə bilməyib. 10 qadından 3 nəfəri isə bildirib ki, həyat çox qısadır və ona görə qidadan alınan həzdən imtina etməyə dəyməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB