Milli Şura mitinqini təxirə saldı - Əli Kərimlinin adından açıqlama yayılıb?

Milli Şura mitinqini təxirə saldı - Əli Kərimlinin adından açıqlama yayılıb?

Saytlarda və sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin adından sabah keçiriləcəyi planlaşdırılan mitinqin təxirə salınacağı ilə bağlı məlumat yayılıb. SİA-nın məlumatına görə, AXCP sədri Əli Kərimlinin "Facebook" profilindən yayılan xəbərdə mitinqin təxirə salınma səbəbləri göstərilir. İddia olunur ki, bu barədə "Milli Şuranin 7 oktyabr mitinqinə sən də qoşul" səhifəsində də məlumat gedib.

Əli Kərimli bir neçə gündür hazırlıq görülən, hətta Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış icazəli mitinqin təxirə salınacağı ilə bağlı rəsmi səhifəsində paylaşım edib. O qeyd edib ki, mitinq müəyyən müddətə təxirə salınır.

Sayt sözügedən paylaşımın "scrin" versiyasını da yayıb. Musavat.com bununla bağlı əlavə məlumatlar yayacaq. (big.az)

Bütün xəbərlər Facebook səhifəmizdə