Oktyabrın 6-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Azərbaycanda işçi səfərdə olan Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya general-mayoru Nurlan Karbenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin xəbərində deyilir ki, görüşdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin səfər çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazaları ilə tanışlığı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB