Buxarestdə Ümummilli liderin büstü önünə əklil qoyma mərasimi keçirilib
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Buxarest şəhərində yerləşən büstü önünə əklil qoyma mərasimi keçirilib
NATO Parlament Assambleyasının (PA) 63-cü növbəti illik sessiyasında iştirak etmək məqsədilə AR Milli Məclisinin deputatları Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Kamran Bayramov, Məlahət İbrahimqızı 05 – 10 oktyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfər ediblər. Rumıniya Səfirliyindən SİA-ya verilən məlumata görə, deputatlar Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Abdinbəyovun iştirakı ilə səfər çərçivəsində 06 oktyabr 2017-ci il tarixində Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşən "Tey Parkı - Heydər Əliyev Xiyabanı"nı ziyarət etmiş, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edilib və büstü önünə əklil qoyublar.
Tədbirdə Azərbaycanın Rumıniyadakı Səfirliyinin, "SOCAR Petrolium S.A." şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Tədbir zamanı müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olması, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin olunması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması, dünyəvi dəyərlərə inteqrasiya sahəsində Ümummilli Liderin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edilib, bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB