Sabunçuda YAP-ın 25 illiyi münasibəti ilə növbəti tədbir keçirilib - SƏS TV FOTO
YAP Sabunçu rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə silsilə tədbirlərini davam etdirir. Növbəti tədbir dünən YAP Sabunçu rayon təşkilatı, Sabunçu rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktəbdə rayon məktəblilərinin 7-11-ci sinif şagirdləri arasında şahmat və mini futbol turnirlərinin final mərhələsi keçirilməsi olub.
SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva partiyanın yaranması tarixindən, eləcə də yubiley münasibətilə keçiriləcək tədbirlərdən söz açıb. M.Abasquliyeva bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi müstəqil Azərbaycanın tarixində əhəmiyyətli hadisədir və Azərbaycanın bugünkü inkişafı, tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaradır: "Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə dövlətin modernləşmə, yeniləşmə siyasətinə dəstəyini təsdiqləyir. Bu gün inkişafın Azərbaycan modelinin mövcudluğunun beynəlxalq səviyyədə təsdiqlənməsi Ulu Öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətə və bu xəttin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə söykənir".
M.Abasquliyeva, həmçinin YAP-ın siyasi-ictimai və ideoloji işlərlə yanaşı kütləvi idman tədbirlərinin keçirilməsi işinə də dəstək verdiyini bildirib: "Partiyamız gələcək nəslin sağlam və vətənpərvər ruhda yetişməsi və dövlətin gənclər siyasətinə dəstək məqsədilə ənənəvi olaraq bu cür kütləvi idman tədbirləri təşkil edir".
Təbirdə Sabunçu rayon gənclər və idman idarəsinin rəisi Rakif Əliyev, 130 saylı tam orta məktəbin direktoru Ağaseyid Orucov və başqaları Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışıblar.
Sonda turnirdə fərqlənən məktəblilər fəxri fərmanla təltif ediliblər.
Rəfirə Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB