AMEA Yüksək Texnologiyalar Parkı gənclər üçün təcrübə proqramı elan edir

AMEA Yüksək Texnologiyalar Parkı gənclər üçün təcrübə proqramı elan edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycanda innovativ ideya və düşüncələrini kommersiyalaşdırmaq istəyən gənclər üçün 3-6 aylıq ödənişsiz təcrübə proqramı elan edir.

AMEA-dan SİA-ya bildirilib ki, gənclərdən elm və texnologiya sahəsində fərdi inkişafa həvəsli olmaq, bu sahələrdə bakalavriat təhsili, həmçinin Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq tələb olunur.

Yerlər məhdud sayda olduğu üçün namizədlərdən yalnız dördü seçiləcək.

Proqrama müraciətlərin qəbulu noyabrın 10-dək davam edəcək.

Maraqlananlar anket formasını doldurub [email protected] elektron ünvanına göndərə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə