2017-ci il üçün Nobel sülh mükafatının sahibi açıqlanıb. SİA-nın məlıumatına görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Təşkilat (ICAN) layiq görülüb.
Qeyd edək ki, bu il üçün Nobel Sülh mükafatına 318 namizəd irəli sürülmüşdü. Namizədlərin ümumi siyahısına 215 fiziki şəxs və 103 təşkilat adı daxil idi.
Xatırladaq ki, keçən il Kolumbiyanın Prezidenti Xuan Manuel Santos Nobel Sülh Mükafatının laureatı seçilib. O, bu mükafata Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin rəhbəri Rodriqo London ilə nail olduğu sülh razılaşmasına görə layiq görülüb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB