Qərb rayonlarında qışa hazırlıq işlərinə başlandı

Ölkənin qərb bölgəsində qışa hazırlıq işlərinə başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu istiqamətdə Göygöl rayonunda bütün lazımı tədbirlər görülüb. 24 nömrəli Yol İstismarı MMC tərəfindən 320 kub qum və 60 ton duz tədarükü görülüb. Bundan əlavə qarlı-şaxtalı havalarda çalışdırılacaq 10-dan artıq texnika saz vəziyyətə gətirilib. Təxminən 60-dan çox işçi qüvvəsi gücləndirilmiş iş rejiminə hazırdır.

Qeyd edək ki, 24 nömrəli Yol İstismarı MMC Göygöl rayonu üzrə 165 km məsafəyə xidmət göstərir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə