Xəzər rayonunda YAP-ın 25-ci ildönümü qeyd olunub

Xəzər rayonunda YAP-ın 25-ci ildönümü qeyd olunub

Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Xəzər rayonun ümumtəhsil məktəblərinin müəllimləri arasında stolüstü tennis üzrə rayon turniri keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı partiyanın yaranmasının 25 – ci ildönümünə həsr olunmuş silsilə tədbirlərə uyğun olaraq 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Xəzər rayonun ümumtəhsil məktəblərinin müəllimləri arasında stolüstü tennis üzrə rayon turniri keçirib. SİA-nın verdiyi məlumata görə, yarış kişi və qadın müəllimlər arasında baş tutub və ümumilikdə turnirdə 52 müəllim iştirak edib.

Yarışdan öncə YAP Xəzər raon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının 25 illik tarixi hər bir azərbaycanlının qürur və şərəf mənbəyidir. Belə ki, ümumxalq partiyasına çevrilmiş YAP Azərbaycanın ictimai-siyasi hayatındakı fəaliyəti ilə müstəqil Azərbaycanın güclənməsinə, daha da qüdrətli olmasına, eləcə də xalqın rifahının daha da yaxşılaşmasına öz böyük töhfələrini verib.

Tədbirdə çıxış edən millət vəkili Rauf Əliyev isə qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası siyasi uğurları ilə yanaşı, digər sahələrin inkişaf və tərəqqisində əhəmiyyətli rol oynayıb. Belə ki, partiyanın Sədri, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olaraq verdiyi vədlərinə bütünlüklə əməl edib. Bu baxımdan, xalq Ona yüksək etimadını göstərir və bundan sonra da göstərməyə davam edəcək.

Çıxış edən Xəzər RİH-nin müavini Arif Balayev də bildirib ki, bu gün Xəzər rayonunda gedən inkişaf və tərəqqi bütövlükdə Azərbaycanda aparılan nəhəng işlərin tərkib hissəsidir və hər bir rayon , qəsəbə sakini bu inkişafdan yalnız qürur duyur. Belə ki, əldə edilən nailiyyətlərin hər birində Yeni Azərbaycan Partiyasının töhfələri var.

Qeyd edək ki, 2017-ci il tarixində Xəzər rayon Şağan Olimpiya İdman Kompleksində müəllimlər arasında keçirilmiş stolüstü tennis turnirinin final yarışında I-II və III yer tutan qaliblərə diplom və mükafatlar təqdim olunub.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə