Deputat müəllimləri təbrik etdi FOTOLAR

Deputat müəllimləri təbrik etdi FOTOLAR

Xəzər rayonunda Beynəlxalq Müəllimlər günü münasibəti ilə müəllimlərin peşə bayramına həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Xəzər rayon İH-i başçısının müavini Arif Balayev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, Bakı Təhsil İdarəsinin nümayəndəsi Adil Əliyev, Xəzər rayon İH-i Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Gülbala Qurbanov, Xəzər rayon Təhsil İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Həzərxan Əbilov, Gənclər və İdman İdarəsinin müdiri Vüqar Əliyev, Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səfa Əliyev, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, rayonun təhsil sahəsinin nümayyəndələri o cümlədən müəllimlər, məktəb direktorları və rayon ictimayyətinin nümayyəndələri iştirak ediblər.

Rayon İH-i başçısının müavini A.Balayev, Milli Məclisin deputatı R.Əliyev, YAP Xəzər rayon təşkilatının sədri N.Əhmədov, Xəzər rayon Təhsil İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Həzərxan Əbilov, rayon Ziyalılar Cəmiyyətinin sədri T. Səlimov və digər şəxslər tədbirdə çıxış ediblər. Çıxış edənlər təhsil işçilərini peşə bayramları münasibəti ilə təbrik etdilər və onlara yeni-yeni uğurlar diləyiblər.

Milli Məclisin deputatı R.Əliyev çıxışında bildirib ki, son illər Xəzər rayonunda təhsil sahəsinin uğurları ildən-ilə artır. Bu il orta məktəbləri bitirib ali məktəblərə sənəd verən məzunların 64%-i tələbə adını qazanıb. Başqa sözlə bu il ali məktəblərə 649 məzun qəbul olmuşdur ki, bu da keçən ilə nisbətən 120 nəfər çoxdur. 600-dən çox bal toplayanların sayı da 6 nəfər artaraq 26 olmuşdur. Bu il orta məktəblərin hazırlıq quruplarına qabul olunanların sayı xeyli artaraq 1-ci sinifdə oxuyanların sayına nisbətən 40% təşkil etmişdir. Keçən il bu rəqəm 24,2% olmuşdur. Çıxışının sonunda R. Əliyev bir daha müəllimləri peşə bayramları münasibəti təbrik etdi və onlara bu çətin eyni zamanda şərəfli işlərində yeni-yeni uğurlar arzulayıb.

Tədbirin sonunda qabaqcıl müəllimlər və 600 baldan çox bal toplamış məzunlar müxtəlif mükafatlarla mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə