“BAŞLA Talk”

"ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə "BAŞLA" layihəsinin yeni mövsüm üzrə açılışı baş tutub. SİA-nın xəbərinə görə, keçirilən ilk "BAŞLA"nın 1-ci qonağı dünyaca məşhur Azərbaycanlı təlimçi və "Startup"çı Seymur Rəsulov olub.

Qeyd edək ki, Seymur Rəsulov İllinoys Universitetinin İnformasiya Elmləri ixtisası üzrə magistr pilləsinin məzunu, “TEDxFrankfurt” ilk Azərbaycanlı spikeri, Dünya Bankı, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, "Qatar Foundation", “Springer” nəşriyyat evi kimi qurumlarda çalışmış, hal-hazırda isə EBSCO şirkətinin 26 ölkə üzrə meneceri kimi fəaliyyət göstərir.

Gənclərlə baş tutan görüşdə təqdimatçı iştirakçılara öz həyat təcrübəsindən çıxış edərək "Startup" mədəniyyəti, onun əhəmiyyəti və ideyaların reallaşdırılması ilə bağlı vacib fikirlərini bölüşdü. İştirak edən gənclərə “Startup”larını qurmaları üçün ilkin istiqamətləri, nəyi necə edəcəklərini söyləyərək, eyni zamanda, onları uğursuz olmaqdan qorxmamağa, əsas olan hər hansı bir ideya üzərində əzmlə işləməyə səslədi. Sonda isə iştirakçıları maraqlandıran sualları cavablandırıldı və interaktiv nitqlə gənclərin fikir və ideyaları birlikdə müzakirə olundu.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə