Daxili İşlər Nazirliyi (DİN) oktyabrın 3-də saat 11:30 radələrində Şamaxı rayonunun Pirbəyli kəndinin dağlıq ərazisində köməksiz vəziyyətdə qalan Rusiya vətəndaşlarının adlarını açıqlayıb. SİA-nın məlumatına görə, DİN-dən bildiriblər ki, Rusiya Federasiyasının vətəndaşları olan turistlər - Yuri Sıvarnik və Olqa Juravlyova havanın yağışlı olması və dağ yolunun yararsız hala düşməsi ilə əlaqədar idarə etdikləri “Nissan Patrol” markalı avtomobildə köməksiz vəziyyətdə qalıblar.
Onların olduğu yer Şamaxı Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən müəyyənləşdirilib və turistlər xilas edilərək Bakıya yola salınıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB